19 C
Baku
Friday, June 6, 2025

“Citi” qızılın qiymət proqnozunu 3500 dollara yüksəldib

“Citi Research” analitikləri növbəti üç ay üçün qızılın qiyməti ilə bağlı proqnozlarını əvvəllər gözlənilən 3200 dollar/unsiyadan 3500 dollara yüksəldiblər.

Onlar hesab edirlər ki, qiymətli metalın alınmasına maraq ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarının qlobal ticarətə təsiri ilə bağlı narahatlıqlarla dəstəklənir.

Bundan əlavə, Çin hakimiyyəti bu yaxınlarda on sığorta şirkətinə öz aktivlərinin 1%-ə qədərini qızıl alışına ayırmağa icazə verib ki, bu da illik təxminən 255 ton tələbat yarada bilər. “Citi” hesab edir ki, bu, qlobal mərkəzi bankların ümumi alış həcminin təxminən dörddə birini təşkil edir, “Reuters” yazır.

“Comex” birjasında iyun ayı qızıl fyuçersləri bazar ertəsi ticarət zamanı 2,3% bahalaşaraq bir unsiya üçün 3403,9 dollar olub. Bu ilin əvvəlindən qiymətli metal demək olar ki, 29% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər