18 C
Baku
Friday, April 25, 2025

ABŞ Səudiyyə Ərəbistanına $100 milyard dəyərində silah təklif edəcək

ABŞ Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan silah paketi təklif etməyə hazırdır. “Reuters”in verdiyi məlumata görə, bu təklif ABŞ prezidenti Donald Trampın may ayında krallığa səfəri zamanı açıqlanacaq.

Təklif olunan paket keçmiş prezident Co Bayden administrasiyası Səudiyyə Ərəbistanının İsraillə əlaqələrinin normallaşdırılmasını əhatə edən daha geniş sazişin bir hissəsi olaraq Ər-Riyadla müdafiə paktı bağlamağa uğursuz cəhd etdikdən sonra irəli sürülüb.

ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcək.Yaxın Şərqə səfər Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri ilk xarici səfəri olacaq. “Axios” mənbəsi bildirib ki, səfər Fars körfəzi ölkələri ilə əlaqələri gücləndirmək və Yaxın Şərqdəki münaqişələrin həllini müzakirə etmək üçün təşkil edilib.

Son xəbərlər
Digər xəbərlər