11 C
Baku
Monday, April 28, 2025

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 3 istiqamətdə anlaşma memorandumları imzalanıb

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:

  • Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;
  • Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;
  • Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.

Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.

Son xəbərlər
Digər xəbərlər