10 C
Baku
Wednesday, April 30, 2025

Azərbaycanda 228 min hektar torpaq sahəsinin suvarılması yaxşılaşdırılacaq – ADSEA

Azərbaycanın əsas suvarma arteliyalarından sayılan Şirvan suvarma kanalının yenidən qurulması nəzərdə tutulub.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Əliağa Əzizov bu gün Bakıda keçirilən Milli Biznesin İnkişafı Forumunda deyib.

Onun sözlərinə görə, bu kanalın yenidən qurulmasından sonra 78 m³/san-dən 180 m³/san-yəni çatdırılacaq: “Kanalın ümumi uzunluğunun isə 122 km-dən 204 km-ə qədər uzadılması nəzərdə tutulur. Bu yenidənqurma layihəsindən sonra Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarılması yaxşılaşdırılacaq”.

“Həmçinin Hacıqabul gölünün vəziyyətinin yaxşılaşdırılması da planlaşdırılır”, – deyə ADSEA nümayəndəsi qeyd edib.

MənbəTREND.AZ
Son xəbərlər
Digər xəbərlər