Azərbaycanın Almaniya Federativ Respublikası və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edilib.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.