24 C
Baku
Monday, May 5, 2025

İlon Mask dövlət qulluqçularını süni intellektlə əvəz etməyi təklif edib

Süni intellekt (AI) hazırda dövlət qulluqçularının yerinə yetirdiyi bir sıra vəzifələri yerinə yetirə bilər. “Bloomberg” mənbəyə istinadən xəbər verir ki, bunu amerikalı sahibkar, ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Milken İnstitutunun Beverli-Hillzdə keçirilən qlobal konfransının qapalı sessiyasında deyib.

Mask ABŞ hökumətini səmərəsiz adlandırıb. Sessiyada iş adamının “SpaceX” və “Neuralink” şirkətlərinin işi də müzakirə olunub.

Aprelin 29-da “CNN” bildirib ki, son üç ay ərzində Donald Tramp prezidentliyə başlayandan bəri ABŞ-də ən azı 121 min federal işçi ixtisar edilib. Telekanalın məlumatına görə, 2025-ci ildə dövlət qulluğunda ixtisarlar istənilən digər sektorda olanları üstələyəcək.

Tramp vəzifəyə gəldikdən sonra demək olar ki, bütün departamentlərdə dövlət qulluqçularının sayını kəskin azaltmağa başlayıb. Bu məqsədlə DOGE yaradılıb, ona Mask rəhbərlik edir.

Aprelin 23-də “Associated Press” yazıb ki, Musk “Tesla”nın mənfəətinin azalması fonunda DOGE-dəki iştirakını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər