18 C
Baku
Wednesday, May 7, 2025

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 4% artıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 266,2 milyon və yaxud 4 % çoxdur.

Vergi daxilolmalar proqnozdan 6,1 % çox icra edilib.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 4 ay ərzində həmin məbləğin 44,7 %-i təmin olunub.

Son xəbərlər
Digər xəbərlər