21 C
Baku
Tuesday, May 6, 2025

“Suraxanı Maşınqayırma Zavodu”nun ötən il gəlirləri azalıb

“Suraxanı Maşınqayırma Zavodu” ASC 2024-cü ili 510 min manat xalis mənfəət ilə başa vurub. ASC 2023-cü ili 440 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə ötən il “Suraxanı Maşınqayırma Zavodu”nun xalis mənfəəti 16% artıb.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ildə zavodun əsas əməliyyat gəlirləri 8 milyon 327 min manatdan 7 milyon 837 min manata (6% azalma), satışın maya dəyəri 6 milyon 775 min manatdan 6 milyon 321 min manata düşüb.

Hesabat dövründə “Suraxanı Maşınqayırma Zavodu”nun cəmi aktivləri 10 milyon 399 min manatdan 10 milyon 587 min manata, cəmi kapitalı 5 milyon 297 min manatdan 5 milyon 681 min manata çatıb, cəmi öhdəlikləri isə 5 milyon 102 min manatdan 4 milyon 906 min manata düşüb.

Xatırladaq ki, zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır.

 

 

Son xəbərlər
Digər xəbərlər