“Gəncə Şərab-2” ASC 2024-cü ili 2 milyon 100 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyon 295 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Gəncə Şərab-2”nin xalis mənfəəti 8.5% azalıb.
Banker.az bu barədə şirkətin 31 dekabr 2024-cü il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir.
“Gəncə Şərab-2” ASC-nin satışdan gəlirləri 2023-cü ildə 15 milyon 287 min manat ikən, 2024-cü ildə 18 milyon 273 min manata çatıb (19.5% artım). Satışın maya dəyəri isə 27% artaraq 15 milyon 542 min manat təşkil edib.
Hesabat dövründə “Gəncə Şərab-2” şirkətinin cəmi aktivləri 31 milyon 392 min manatdan 32 milyon 214 min manata, cəmi kapitalı 17 milyon 706 min manatdan 17 milyon 791 min manata, cəmi öhdəlikləri isə 13 milyon 687 min manatdan 14 milyon 423 min manata çatıb.