16 C
Baku
Tuesday, May 6, 2025

Dövlət şirkətinin rəhbərliyində dəyişiklik olub

“Azərizolit” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, İsmayıl Məmmədov Məcid oğlu şirkətin direktoru təyin edilib.

Buna qədər müvafiq vəzifədə Şaiq İsmayılov Nazim oğlu çalışırdı.

Nizamnamə kapitalı 10 milyon manata yaxın olan “Azərizolit” 2023-cü ilin avqust ayına qədər “ASK İzolit” adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb.

Müəssisə elektroizolyasiya materialları istehsal edir.

 

 

Son xəbərlər
Digər xəbərlər