Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası geri çağırılan “Texnikabank”ın ləğv edilməsi prosesi Əmanətlərin Sığortalanması Fonduna (ADIF) tapşırılıb. Bu barədə ölkənin maliyyə bazarındakı mənbə bildirib. Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə “Texnikabank” müflis elan edilmiş və “M.M.M. Perfekt Konsaltinq” şirkəti ləğvedici təyin edilmişdi.
Trend