18 C
Baku
Monday, May 12, 2025

Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” seçildi

®Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Tanınmış “The Global Economics” təşkilatının keçirdiyi illik mükafatlandırma çərçivəsində Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyasının qalibi elan edilib.

Bu mükafat Unicapital-ın müştəri yönümlü fəaliyyət strategiyasının, şəffaf kommunikasiya modelinin və yüksək xidmət standartlarının beynəlxalq səviyyədə tanındığını göstərir.

Unicapital-ın Baş direktoru Vüqar Namazov bu uğurla bağlı bildirib:
“Bizim əsas məqsədimiz hər zaman müştərilərimizin ehtiyaclarını dinləmək, onlara operativ və peşəkar dəstək göstərməkdir. Bu mükafat bizim komandamızın fədakar əməyinin və müştəri məmnuniyyətinə verdiyimiz önəmin bariz göstəricisidir.

“The Global Economics” təşkilatı hər il müxtəlif ölkələrdə maliyyə, bankçılıq, sığorta, investisiya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin fəaliyyətini qiymətləndirir və innovasiya, xidmət keyfiyyəti, müştəri məmnuniyyəti kimi meyarlar əsasında ən yaxşıları mükafatlandırır.

Hazırda müştəri sayı bir milyonu ötən Unicapital gələcəkdə də müştəri məmnuniyyətini əsas prioritet kimi saxlayaraq, xidmət keyfiyyətini daha da artırmağı hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər