02 iyul 2025-ci il tarixdə saat 11:00-da “Yelo Bank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin Baş ofisində baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub.
1. “Yelo Bank” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatının və kənar auditinin nəticələrinə baxılması.
2. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim edilməlidir.