Bank Olmayan Kredit Təşkilatı “Azəri-Star Mikromaliyyə” MMC 2024-cü ili 23 824 manat zərərlə başa vurub. 2023-cü ildə isə BOKT 41 796 manat zərər etmişdir ki, bu da illik müqayisədə 43% azalmadır.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Azəri-Star Mikromaliyyə” BOKT-un faiz gəlirləri 22% artaraq 46 450 manat, cəmi xərcləri 12% azalaraq 70 274 manat olub.
31 dekabr 2024-cü il tarixinə BOKT-un cəmi aktivləri 278 554 manatdan 354 810 manata, o cümlədən müştərilərə verilmiş kreditlər və avanslar 254 485 manatdan 318 303 manata, cəmi kapitalı 263 204 manatdan 339 380 manata, cəmi öhdəlikləri isə 15 350 manatdan 15 431 manata çatıb.
Xatırladaq ki, Bank Olmayan Kredit Təşkilatı “Azəri-Star Mikromaliyyə” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 405 000 manatdır və qanuni təmsilçisi Elnur Allahverdiyevdir.