17.8 C
Baku
Monday, May 19, 2025

“BOKT İcraçı Kredit Agentliyi”nin kredit portfeli kiçilib

“Bokt İcraçı Kredit Agentliyi” MMC-nin 31 dekabr 2024-cü il tarixinə cəmi aktivləri 1 milyon 61 min manat olub. 2023-cü ildə BOKT-un aktivləri 1 milyon 99 min manat olub ki, bu da illik müqayisədə aktivlərin 3.5% azalması deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

“Bokt İcraçı Kredit Agentliyi” MMC-nin ötən il kredit portfeli 7% azalaraq 975 min manat, cəmi öhdəlikləri 43% azalaraq 123 min manat, cəmi kapitalı isə 6% artaraq 938 min manata düşüb.

BOKT-un bölüşdürülməmiş mənfəəti 422 min manatdan 578 min manata çatıb.

Xatırladaq ki, “Bokt İcraçı Kredit Agentliyi” 2002-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 324 166 manatdır və qanuni təmsilçisi Samir Cəlilovdur.

Son xəbərlər
Digər xəbərlər