20.8 C
Baku
Tuesday, May 20, 2025

Bakının “Zirə” klubu keçən il mənfəət əldə edib

“Zirə” Peşəkar Futbol Klubu MMC 2024-cü ildə 18.25 min manat xalis mənfəət əldə edib. Halbuki, öncəki ildə bu rəqəm 53 min manat olmuşdu.

Banker.az xəbər verir ki, Bakı klubu keçən il ərzində 6.23 milyon manat gəlir əldə etməklə öncəki ili 10 faiz üstələmiş olub. Öncəki ildə cəmi 5.65 mln. manat gəliri vardı.

Klubun hesabat müddətində 8.28 mln. manat ümumi əməliyyat xərci olub ki, bunun da 4.08 mln. manatı oyunçuların əmək haqqı olub.

Klub hesabat ilində 4.73 mln. manat digər gəlirləri olub.

Xatırladaq ki, “Zirə” klubu Premyer Liqanın 2024-25-cü il mövsümündə 35 oyun keçirib və bunun 22-də qələbə və 5 heç-heçə ilə “Qarabağ” klubundan sonra ikinci ən güclü klub olub. Bununla da mövsümdə gümüş medal əldə etmiş olub.499603763 10237652104665860 2981420311083073432 n

Son xəbərlər
Digər xəbərlər