23 C
Baku
Thursday, May 22, 2025

BOKT “Finans Kredit”in ötən il mənfəəti azalıb

BOKT “Finans Kredit” MMC 2024-cü ili 203 min manat mənfəətlə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 212 min manat olub ki, bu da illik müqayisədə 4% azalma deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il BOKT “Finans Kredit” MMC-nin faiz gəlirləri 3% artaraq 731 min manat, faiz xərcləri isə 7% azalaraq 238 min manat təşkil edib.

31 dekabr 2024-cü il tarixinə BOKT-un cəmi aktivləri 3 milyon 470 min manat olub ki, bu da illik müqayisədə 11% artımdır. Bunun 3 milyon 12 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 2 milyon 426 min manatdan 2 milyon 414 min manata düşüb, cəmi kapitalı isə 654 min manatdan 1 milyon 56 min manata çatıb.

Xatırladaq ki, BOKT “Finans Kredit” 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 852 000 manatdır və qanuni təmsilçisi Tural Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər