Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat, sosial fondlara ayırmalar isə 550 min manat təşkil edib. Ümumilikdə rəhbərliyə çəkilən xərclər 3 milyon 251 min manat olub.
Banker.az xəbər verir ki, bu barədə 2024-cü il üzrə konsolidasiya edilmiş audit hesabatında qeyd edilir.
Bununla da əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40% artmış olub. Ötən ilin müvafiq dövründə 1 milyon 930 min manat ödəniş edilmişdi.
Hazırda İdarə Heyətinin sədri Taleh Kazımovdur. Əliyar Məmmədyarov sədrin birinci müavini, Əli Əhmədov, Toğrul Əliyev, Gülər Paşayeva və Vüsal Xəlilov isə müavindirlər. AMB-nin baş direktorları Vüqar Ramin oğlu Əhmədov, Rəna Ənvər Paşa qızı Məlikova, Rəşad Məsim oğlu Məmmədov, Şahin Aydın oğlu Mahmudzadə, Fuad Fərman oğlu İsayev, Vüsal Cavanşir oğlu Qurbanov, Anar Eldar oğlu Mansurov, Elrad Eldar oğlu Seydiyev, Tərlan İzzət oğlu Rəsulovdur. İdarə Heyətinin müşavirləri isə Abdulla Kərim oğlu Məlik-Aslanov, Vüqar Fərman oğlu Əliyev, Akif Mustafa oğlu Bağırov və Ülvin Emin oğlu Əliyevdir.