Azərbaycanda turizm, qida, səhiyyə, kənd təsərrüfatı və telekommunikasiyaya qədər sahəni əhatə edən “AZERA Holdinq” MMC-nin direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, Akif Əliyev Oktay oğlu şirkətin direktoru təyin edilib.
O, vəzifədə Səbuhi Abdullayev Süleyman oğlunu əvəz edib.
2006-ci ildə təsis olunmuş “AZERA Holdinq” MMC (2024-cü ilin fevralına qədər : SARA İNVEST) Azərbaycanın holdinqlərindən biridir. “AZERA Holdinq” bir-birindən asılı olmayan, əsasən, Azərbaycan və MDB bazarlarında fəaliyyət göstərən şirkətlər qrupudur. Əməkdaşlarımızın ümumi sayı 10000-dən yuxarıdır.
Şirkətin strukturuna daxildir:
Kənd təsərrüfatı üzrə – “KRAUN KO-R” MMC, “AGRO-LAND-AZ” QSC, “BİNƏ AQRO” QSC, “SARA GROUP” QSC, “Toxumçuluq və Tingçilik” MMC, “VETART” MMC, və “Agro Bitki Klinikası” MMC.
Səhiyyə – “Baku Medical Plaza”, “İnternational Medical Centre 2”.
Xidmət sahələri – “Konnekt” QSC (Connect), “Sara Logistics” MMC, “TORNADO-Ş” QSC, “Sabina Beauty”.
İaşə – “Hill”, “Nanə Restoran”, “Ədalət Restoran”, “Yanar Dönər”.
Qida – “Simerax Group” MMC, OFA.
Qeyri-qida – Gülüstan Tekstil
Hotel – “Caspian Business Hotel”