29 C
Baku
Thursday, May 29, 2025

“Finex Kredit” BOKT-nin əsas səhmdarı payının böyük hissəsini satıb

“Finex Kredit” BOKT ASC-nin səhmdar tərkibində mühüm dəyişikliklər qeydə alınıb. Belə ki, bir neçə yeni səhmdar əlavə olunub, eyni zamanda bəzi əvvəlki səhmdarların pay bölgüsü dəyişib.

Banker.az xəbər verir ki, BOKT-nin ən iri səhmdarı Xaqan Mirzəyev Səməd oğlu səhmlərinin 4 800 səhmdən 300 səhmə endirilib. O, səhmlərin əsas hissəsini satdıqdan sonra BOKT-dəki payı 32%-dən 2%-ə düşüb. Əvəzində, Səməd Mirzəyev Murad oğlu (2 500 pay) və Saadət Mirzəyeva Məmmədoğlu qızı (2 000 pay) “Finex Kredit”də pay alıblar.

Bu satışdan sonra Azad Cəbrayıllov Nəriman oğlu səhmlərini sabit saxladığından 27% payla BOKT-nin əsas səsvermə hüququ olan səhmdara çevrilib.

Ramina Allahverdiyeva Tokay qızı, Şalala Tağıyeva İslam qızı, Tokay Şıxəlizadə Murad oğlu, Rövsən Məmmədov Mürsəl oğlu, Mobil Şərifov Famil oğlu və Tağıyeva Gülnarə Elçin qızı pay mövqelərini qoruyublar.

Səhmdarların siyahısı:

  • Cəbrayıllov Azad Nəriman oğlu – 3,990 pay (399,000 manat) – 26.7068%
  • Mirzəyev Səməd Murad oğlu – 2,500 pay (250,000 manat) – 16.7335%
  • Allahverdiyeva Ramina Tokay qızı – 2,460 pay (246,000 manat) – 16.4659%
  • Mirzəyeva Saadət Məmmədoğlu qızı – 2,000 pay (200,000 manat) – 13.3869%
  • Tağıyeva Şalala İslam qızı – 1,516 pay (151,600 manat) – 10.1473%
  • Şıxəlizadə Tokay Murad oğlu – 1,126 pay (112,600 manat) – 7.5368%
  • Məmmədov Rövsən Mürsəl oğlu – 540 pay (54,000 manat) – 3.6152%
  • Şərifov Mobil Famil oğlu – 346 pay (34,600 manat) – 2.3159%
  • Mirzəyev Xaqan Səməd oğlu – 300 pay (30,000 manat) – 2.0080%
  • Tağıyeva Gülnarə Elçin qızı – 162 pay (16,200 manat) – 1.0840%

Cəmi nizamnamə kapitalı: 14,940 pay — 1,494,000 manat — 100%

 

Son xəbərlər
Digər xəbərlər