Xəbər verdiyimiz kimi, bakıda bir sıra ticarət mərkəzlərində parklanma qiymətləri bahalaşıb.
Belə ki, bir müddətdir “28 Mall”, “Gənclik Mall”da parklanma 0-1 saat üçün 2 AZN təşkil edir.
Bu vaxta qədər həmin məbləğ 1 AZN idi.
Ticarət mərkəzlərində yeni parklanma qiymətləri belədir:
0 saat – 1 saat 2 AZN
1 saat – 2 saat 3 AZN
2 saat – 3 saat 6 AZN
3 saat – 5 saat 8 AZN
5 saat – 7 saat 12 AZN
7 saat – 24 saat 20 AZN