20 C
Baku
Thursday, June 19, 2025

Azərbaycana buğda idxalı 55 faizdən çox artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 510 430.79  ton buğda idxal edib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 110 milyon 435 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 55.4%, dəyər baxımından isə 52% artıb.

2024-cü ilin 5 ayında isə Azərbaycana 72 milyon 676 min dollar dəyərində 328 542.75 ton buğda idxal edilmişdi.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.11%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər