26 C
Baku
Saturday, June 21, 2025

Rusiyadan Azərbaycana gətirilən taxtanın qiyməti bahalaşıb – Bu yerli bazarda da özünü göstərir

2025-ci ilin ilk 4 ayında Rusiyadan Azərbaycana gətirilən bəzi taxta və odun məhsullarının bəziləri bahalaşıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, şam ağacının hər kubmetrinin orta qiyməti 211.97 ABŞ dollarından 219.35 dollara yüksələrək 3.5% artıb.

Ağ şam və küknar ağacında bir kubmetrinin orta qiymət 209.66 dollardan 216.05 dollara qalxıb – bu da 3.1% artım deməkdir.

Rusiyadan ən çox həcmdə alınan tikinti materialı ağacyonqarlı plitələr cüzi bahalaşaraq kubmetrinin 216.24 dollardan 217.17 dollara çatıb.

Yapışqanlı fanerin kubmetri isə ən böyük artımı göstərərək 283.57 dollardan 352.31 dollara qalxıb – bu 24.3% artım deməkdir.

Bu ölkəmizə idxal edilmiş 5-9 milli metr qalınlıqda MDF plitələrin hər kvadrat metrinin qiyməti 3.69 dollardan 3.44 dollara enərək 6.9% ucuzlaşıb. Əvəzində, 9 mm-dən qalın MDF plitələrin hər kvadrat metrinin qiyməti 4.82 dollardan 5.01 dollara yüksəlib (4% artım).

Hesabat müddətində şam ağacının idxalı 50 800 kubmetrdən 39 867 kubmetrə düşüb – bu 21.5% azalma deməkdir. Ağ şam və küknar ağacının idxalı 0.6% artaraq 29 809-dan 29 979 kubmetrə yüksəlib. Ağacyonqarlı plitələrin həcmi də 4.2% azalaraq 67 556 kubmetrdən 64 687 kubmetrə düşüb.

Yerli bazarda 1 iyun 2025-ci il tarixinə əsasən bəzi taxta məhsullarının orta qiymətləri artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, kəsilmiş taxtanın 1 kubmetri 339.70 manatdan 361.24 manata qalxaraq 6.3% bahalaşıb. Ağac-yonqar lövhənin kvadratmetri 13.14 manatdan 13.56 manata yüksəlib (3.2% artım). Ağac-lifli lövhənin hər kvadrat metrinin qiyməti də 13.62 manatdan 14.02 manata qalxıb – bu isə 2.9% artımdır. Yeganə ucuzlaşma parketdə qeydə alınıb Belə ki, son bir ildə hər kvadrat metri 41.13 manatdan 41.07 manata düşərək 0.15% azalma göstərib.

Son xəbərlər
Digər xəbərlər