24 C
Baku
Monday, June 23, 2025

“Tesla” ABŞ-də robotaksi xidmətini işə salıb

İyunun 22-də “Tesla” özünü idarə edən taksi layihəsinə start verib. Səfərlər Texas ştatının Ostin şəhərində həyata keçirilir. Robotaksi xidmətindən yalnız “Tesla”dan dəvət almış istifadəçilər, əsasən İlon Maska dəstək olan “X” sosial şəbəkəsinin influenserləri yararlana biləcək.

Onlar səhər saat 6-dan gündüz saat 12-yə qədər və yalnız şəhərin müəyyən ərazilərinə gediş sifariş edə biləcəklər. Eyni zamanda, müqavilənin mətninə uyğun olaraq xidmətin iş saatları və əhatə dairəsi dəyişə bilər.

İlkin olaraq “Tesla” robotaksi xidmətində sükanı və pedalı olmayan avtomobillərdən istifadə ediləcəyini demişdi. Lakin onların Texasda istehsalı 2026-cı ildən tez başlamayacaq.

Son xəbərlər
Digər xəbərlər