Birləşmiş Ərəb Əmirliklərinin rezidenti olan CFI Financial Group-nun Azərbaycandakı törəmə şirkəti — “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin (əvvəlki “AzFinance İnvestisiya Şirkəti” QSC) Müşahidə Şurasına iki yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Mazin Abbas və Karim Malas Müşahidə Şurasının üzvləri seçilib.
Müşahidə Şurasının sədri isə Rüstəmbəyli İlqar Tofiq oğludur.
Xatırladaq ki, “AzFinance İnvestisiya Şirkəti” QSC ötən ilin avqust ayında CFI Financial Group-un tərkibinə daxil olduqdan sonra rebrendinq edərək fəaliyyətini “CFI Financial İnvestisiya Şirkəti” QSC adı altında davam etdirir.








