Vaşinqton ərəb rəsmilərinə bildirib ki, İsrail döyüşləri tezliklə dayandırmaq istəyir. “The Wall Street Journal” İsrail və ərəb rəsmilərinə istinadən yazır ki, ABŞ bu mesajı Tehrana çatdırmağı xahiş edib.
İsrail mənbələrinin məlumatına görə, İsrail Müdafiə Qüvvələri (IDF) yaxın günlərdə İranda təyin olunmuş bütün hərbi obyektləri vurmağı gözləyir ki, bu da döyüşləri dayandırmaq üçün fürsət yaradacaq.
İsrail iyunun 13-dən məqsədi İranın nüvə proqramını məhv etmək olan “Aslan milləti” əməliyyatını həyata keçirir. İyunun 22-nə keçən gecə ABŞ hücumlara qoşularaq Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. Hərbi əməliyyatlar hələ də davam edir.