Azərbaycan və Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarlan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanunun layihəsində əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.