Cəzaçəkmə müəssisələrində peşə təhsili üçün infrastruktur, avadanlığın qurulması və təkmilləşdirilməsi işləri həyata keçiriləcək.
Bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.
Plana görə, Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək.
Həmçinin, peşə təhsili prosesinə karyera məsləhətçilərinin, kənar psixoloqların, habelə peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi üçün tədbirlər görüləcək. Eyni zamanda, peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi üçün məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmi formalaşdırılacaq və tətbiq ediləcək.
Bundan başqa, sahibkarların (işəgötürənlərin) iştirakı ilə müxtəlif sahələr üzrə peşə təhsili və təlim proqramları həyata keçiriləcək.