27 C
Baku
Thursday, June 26, 2025

Dünyanın ən varlı adamlarının sərvəti son on ildə $34 trln.-a yaxın artıb

Dünyanın ən varlı adamlarının sərvəti 2015-ci ildən real ifadədə 33,9 trilyon dollar artıb.

Bu barədə “Oxfam”ın Sevilyada BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə konfransından əvvəl dərc edilmiş yeni hesabatında deyilir.

Qeyd olunub ki, şəxsi sərvətdəki astronomik artım humanitar yardımın rekord dərəcədə azalması ilə müşayiət olunub. Belə ki, “G7” ölkələri 2024-cü illə müqayisədə 2026-cı ildə onu 28% azaldacaq. Bu da 1960-cı ildən bəri ən kəskin azalma deməkdir.

Vurğulanıb ki, dünyanın 3000 milyarderinin sərvəti 2015-ci ildən bəri 6,5 trilyon dollar artaraq qlobal ÜDM-in 14,6%-nə çatıb. Eyni zamanda, 1995-ci ildən 2023-cü ilə qədər özəl kapital 342 trilyon dollar artıb. Bu da dövlət aktivlərindən 8 dəfə çoxdur (44 trilyon dollar).

Bu arada, ən yoxsul ölkələrin 60%-i səhiyyə və təhsildən daha çox borca vəsait ayırır. Aşağı gəlirli ölkələrin borcunun yarıdan çoxunu təşkil edən özəl kreditorlar restrukturizasiyadan imtina edərək, sərt şərtlər qoyaraq vəziyyəti daha da pisləşdirirlər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər