Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Qeyd edək ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR, iyunun 21-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.