2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 62 faiz artaraq 4,5 milyon tona çatıb.
Tranzit axını xüsusilə nəzərəçarpacaq artım nümayiş etdirib: ümumi tranzit həcmi 4 dəfə, Çindən tranzit isə 28 dəfə artıb.
Bundan əlavə, bildirilir ki, nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində 2024-cü ildə Almatı, Qızılorda və Şımkənd hava limanlarında üç yeni terminal istifadəyə verilib.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.