14 C
Baku
Sunday, September 29, 2024

“Nokia” “ağıllı saat” istehsalçısını 191 milyon dollara alır

“Nokia” şirkəti Fransanın “ağıllı” saatlar, fitnes-treker və “Bluetooth” termometrləri istehsal edən “Withings” şirkətini əldə etməyi planlaşdırır.

Məlumatına görə, mütəxəssislər bu razılaşmanı 191 milyon dollar dəyərində qiymətləndirirlər. Razılaşmanın bu ilin üçüncü rübündə tənzimləyici qurumun razılığından sonra baş tutacağı gözlənilir.

Alış baş tutduqdan sonra “Withings” 200 əməkdaşı ilə birgə “Nokia” şirkətinin bir hissəsi olacaq. Əməkdaşlar öz iş yerlərində qalacaq, şirkət üçün aparıcı və müasir texnologiyaların tərtibatı ilə məşğul olacaqlar.

“Nokia” şirkətindən isə qeyd ediblər ki, yeni razılaşma şirkətin əşyaların interneti bazarında mövcudluğunu gücləndirəcək.

Lent.az

Son xəbərlər
Digər xəbərlər