24 C
Baku
Monday, July 14, 2025

Bakı-Sumqayıt qatarları yay qrafikinə keçir

10 iyuldan etibarən ADY-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilir ki, həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

“Yay qrafikinə keçidin məqsədi 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, bu xətt üzrə infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi və qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır”, – qurumdan qeyd edilib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər