26 C
Baku
Wednesday, July 16, 2025

“Bank of Baku” ilk yarımildə 14 milyon manat xalis mənfəət əldə edib

2025-ci ilin yanvar-iyun aylarında “Bank of Baku” ASC-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 28.4% artaraq 14.1 milyon manata çatıb.

Banker.az bunu bankın yarımillik hesabatına istinadən xəbər verir.

Bankın faiz gəlirləri 14.7% artaraq 83.6 milyon manata yüksəlib. Gəlirlərin əsas hissəsi – 79.3 milyon manatı müştərilərə verilmiş kreditlərdən formalaşıb və bu göstərici illik müqayisədə 16.6% artım göstərib.

Faiz xərcləri 18.6% artaraq 32.1 milyon manata çatıb. Ən böyük xərclər depozitlər üzrə faizlərə düşüb – bu xərc 20% artaraq 30.4 milyon manat təşkil edib. Nəticədə, bankın xalis faiz gəliri 12.5% artaraq 51.5 milyon manat olub.

Qeyri-faiz gəlirləri isə 8.6 milyon manat təşkil edib. Bu kateqoriyada alınan haqq və komissiya gəlirləri 19.6% artaraq 9.3 milyon manata yüksəlib.

Qeyri-faiz xərcləri 3% artaraq 41.3 milyon manata çatıb. Əməkhaqqı və digər kompensasiya xərcləri 11.7% artaraq 17.1 milyon manat, amortizasiya xərcləri isə 2.3% artaraq 1.3 milyon manat təşkil edib. Digər xərclər demək olar ki, ötən illə eyni səviyyədə qalıb.

Bank mümkün zərərlər üçün yaradılmış ehtiyatları azaltdığı üçün 196 min manatlıq azadolma qeydə alıb.

Son xəbərlər
Digər xəbərlər