25 C
Baku
Monday, July 28, 2025

Qızılın qiyməti son bir ayda ilk dəfə 3400 dolları keçib

Qızılın qiyməti 1.3% artaraq 1 troy unsiyası üçün 3400 dolları ötüb. Bunu ticarət məlumatları sübut edir.

21 iyul saat 18:35-ə olan məlumata görə, qızılın unsiyasının qiyməti 3414 dollar təşkil edir. Göstərici iyunun 20-dən bəri ilk dəfə olaraq 3400 dollardan yuxarıdır.

Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, bu ilin birinci yarısında qızılın qiyməti 26% artıb. İlin ikinci yarısı üçün daha 5% artım proqnozlaşdırılır. Münaqişələrin geniş miqyaslı həlli zamanı WGC qızılın qiymətinin 12-17% ucuzlaşacağını, qlobal maliyyə-iqtisadi vəziyyətin kəskin şəkildə pisləşəcəyi təqdirdə isə qiymətlərin 10-15% arta biləcəyini ehtimal edir.

Son xəbərlər
Digər xəbərlər