9 C
Baku
Thursday, December 12, 2024

Yapi Kredi Bank Azərbaycanın aktivləri 50 mln. manat azalıb

2016-ci ilin birinci rübünün sonuna olan hesabatlara görə, Yapi Kredi Bank Azərbaycan mənfəətə çıxsada, ilə aktivlərinin azalması ilə başlamışdır

Banker.azın verdiyi məlumata görə, 2015-ci ilin sonuna aktivlərin həcmi 469 mln. manat olsada, 2016-ci ilin Mart ayının sonuna bu göstərici 419 mln. manat təşkil etmişdir.

Müsbət göstəricilərdən biridə məhz bankın kapitalında artıma nail olmasıdır ki , indiki halda bu hadisəni digər bankların çoxunda müşahidə etmək mümkün deyil. Bununda əsas səbəbi, banklar tərəfindən problemli aktivlərin bir qisminin silinməsi , yığımış zərər və ya divident şəklində ödənilmış məbləğlər olur. Lakin göründüyü kimi, Yapi Kredi Bank Azərbaycan-da bu problem müşahidə olunmur. Bank birinci rübü  62.8 mln. manat kapitalla başa vurub.

Bank 2016-ci ilin ilk 3 aylıqında hiss olunurki daha çox öhdəliklərin azaldılmasına konsentrasiya olmuşdurki, mütəxəssislərdə bunu indiki durumda ən yaxşı addım kimi qiymətləndirirlər. Hazırda Bankın öhdəlikləri 356 mln. manat təşkil edir.

Qeyd kimi onu bildirmək olarki, aşağıdakı hesabatda bank əməkdaşlarının diqqətsizliyi üzündən Gəlir və xərclər hesabatını 2015-ci ilin sonu tarixinə oxunaqlı vəziyyətdə yerləşdirilməmişdir. Bunun məqsədli şəkildə bu formada yerləşdirilməsidə istisna edilmir. Sadəcə iri bank tərəfindən belə bir diqqətsizlik ən azından öz əmanətçilərinə və ya bankın hesabatlarını oxuyan digər şəxslərə qarşı qeyri-peşəkar addım  kimi qiymətləndirilə bilər.

adsasassadsa

Son xəbərlər
Digər xəbərlər