15 C
Baku
Sunday, May 5, 2024

Gömrük-keçid məntəqələrinin sayı artırılır

Azərbaycan-İran sərhədində olan keçid məntəqələrinin bir çoxu hazırda fəaliyyət göstərmir. 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib: “Biz çalışırıq ki, onların fəaliyyətini bərpa edək”.

Ş.Bağırov bildirib ki, yeni gömrük-keçid məntəqələrinin yaradılması və mövcud olanların işinin keyfiyyətinin artırılması məqsədi ilə DGK qonşu ölkələrlə danışıqlar aparır: “Həmçinin gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçiriməsi ilə bağlı danışıqlar aparırıq”.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər