6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda əcnəbilərə sığortada 5 illik güzəşt

Bu gün Milli Məclisin plenar iclasında “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Banker.az APA-ya istinadən xəbər verir ki, dəyişiklik müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının (Qaradağ Sənaye Parkının – red.) rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilərin 2016-cı il mayın 1-dən 5 il müddətində məcburi dövlət sosial sığortasına cəlb edilməməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər