21 C
Baku
Friday, August 15, 2025

Metroda QR-kodla ödənişlərdə yaranan problem aradan qaldırılıb – Yenilənib

19:34 – Bakı metropolitenində QR-kodla ödənişlərdə yaranan problem aradan qaldırılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“BakıKart”ın QR-la ödəniş sistemində texniki çətinlik müşahidə olunub. Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılıb və qısa müddətdə aradan qaldırılıb. Anlayışınız üçün təşəkkür edirik”, – deyə məlumatda bildirilir.

***

18:18 – Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.

Bu barədə sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, hazırda QR-kod ödənişlərdə yaşanan problemə görə metronun “28 May” stansiyasının girişində sıxlıq müşahidə edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər