Azərbaycanda məktəbli formalarının yeni qiymətləri açıqlanıb

“Bakı Tikiş Evi bu il iyul ayının 1-dən etibarən məktəbli formalarının qiymətinə endirimlər edib”.

Bu barədə Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, hazırda bütün qısaqol köynəklər 12 manatdan 8 manata düşüb. Bu da 33% endirim deməkdir. Uzunqol köynəklər isə 12 manatdan 10 manata endirilib. Bu da təqribən 18%-lik endirim vəd edir. Bundan əlavə bütün jaketlər 30 manatdan 20 manata, şalvar və ətəklər 20 manatdan 15 manata qədər ucuzlaşıb.

MənbəBAKU.WS
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər