27 C
Baku
Tuesday, August 19, 2025

Bu ilin sonuna büdcənin gəlirləri təsdiq olunmuş proqnozdan 836 mln. manat çox gözlənilir

2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19243,0 milyon manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19949,0 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470,0 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366,0 milyon manat və ya 1,9 faiz artması gözlənilir.

Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 320 milyon manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 600 milyon manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 481,0 milyon manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680,0 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1111 milyon manatı və ya 2,8 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16320,0 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820,0 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4300,0 milyon manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12020 milyon manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcəkdir. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1800,0 milyon manatını

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini və ya 2100,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər