27 C
Baku
Wednesday, August 20, 2025

Reuters: Çin tarixdə ilk dəfə yuanda steyblkoinlər buraxır

Çin tarixdə ilk dəfə yuanla dəstəklənən steyblkoinlərin istifadəsinə icazə verməyi nəzərdən keçirir. Banker.az xəbər verir ki, mənbələrin “Reuters”ə verdiyi məlumatda bildirilir.

Dövlət Şurası bu ay qlobal miqyasda yuanın istifadəsini artırmaq üçün yol xəritəsini müzakirə edib təsdiqləyə bilər.

Plan yuanın beynəlxalq istifadəsi üçün hədəflər, tənzimləyicilərin öhdəlikləri və risklərin idarəsi qaydalarını əhatə edəcək. Ayın sonuna yaxın Çin rəhbərliyi yuanın beynəlmiləlləşməsi və steyblkoinlər üzrə xüsusi sessiya keçirəcək.

Bu addım Pekinin rəqəmsal aktivlərə yanaşmasında böyük dönüş ola bilər, çünki ölkə 2021-ci ildə kriptovalyuta ticarətini və mayninqi qadağan etmişdi. Hazırda steyblkoin bazarında ABŞ dolları dominantdır – qlobal təklifin 99%-dən çoxu dollarla dəstəklənir.

Pekin bu təşəbbüsü artan geosiyasi gərginlik və Çin ixracatçılarının dollar əsaslı steyblkoinlərdən istifadəsi fonunda irəli sürür. Əsas pilot bölgələr kimi Honqkonq və Şanxay seçilib.

Qlobal steyblkoin bazarının həcmi hazırda $247 mlrd olsa da, “Standard Chartered” 2028-ə qədər onun $2 trilyona çatacağını proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər