2024-cü ilin eyni ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın 16 sığorta şirkətindən 4-nün sığorta haqları azalıb, 12-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Yığımları ən çox artan “Meqa Həyat Sığorta ” şirkətidir (81%) və ən çox azalan isə “İpək Yolu Sığorta” şirkətidir ( -22%)
Sığortaçının adı | Sığorta haqları, (2025-ci il yanvar-iyul), min manat | Sığorta haqları, (2024-cü il yanvar-iyul), min manat | İllik Fərq |
A-Qroup Sığorta Şirkəti | 10,029 | 9,578 | 5% |
AtaSığorta | 5,698 | 6,193 | -8% |
Atəşgah Həyat Sığorta Şirkəti | 65,448 | 51,092 | 28% |
Atəşgah Sığorta Şirkəti | 37,084 | 33,211 | 12% |
Azərbaycan Sənaye Sığorta | 18,913 | 15,419 | 23% |
AzSığorta | 5,229 | 5,797 | -10% |
İpək Yolu Sığorta | 3,799 | 4,875 | -22% |
Meqa Sığorta | 18,854 | 21,784 | -13% |
Paşa Həyat Sığorta | 433,890 | 377,770 | 15% |
Paşa Sığorta | 223,286 | 205,213 | 9% |
Qala Həyat Sığorta Şirkəti | 16,289 | 13,963 | 17% |
Qala Sığorta | 53,747 | 52,035 | 3% |
Xalq Həyat Sığorta Şirkəti | 6,196 | 5,753 | 8% |
Xalq Sığorta | 16,305 | 12,579 | 30% |
Aqrar Sığorta | 13,491 | 11,305 | 19% |
Meqa Həyat Sığorta | 9,400 | 5,199 | 81% |