İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının (HŞ) tərkibində dəyişiklik edilib.
Şuranın üzvü olan “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri Ülviyyə Cabbarovanı yeni sədr Niyaz İsmayılov, “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Nərimanlını isə “Qala Sığorta”nın İH sədrinin müavini Aydın Rəhmanov əvəzləyib.
Şuranın sədri Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Elçin Əlizadə, digər üzvləri AMB-nin nümayəndəsi Vüsal Qurbanov və “Atəşgah Həyat” ASC-nin İH-nin sədri Azər Əliyev dəyişməyib.
Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 15-dir.