25 C
Baku
Friday, September 5, 2025

Ümumdünya Qızıl Şurası 2026-cı ildə rəqəmsal qızıl ticarətini sınaqdan keçirəcək

Ümumdünya Qızıl Şurası (World Gold Council, WGC) rəqəmsal qızıl ticarətini sınaqdan keçirməyi planlaşdırır,  “Financial Times” yazır.

Bildirilir ki, bu, hesablaşmaların yeni üsuluna çevrilə və “qızıl bazarında inqilab yarada” bilər.

WGC-nin icraçı direktoru Devid Teytin vurğuladığına görə, investorlar qızılı onun fiziki təbiətinə görə qiymətləndirir və onu təhlükəsiz aktiv kimi görürlər. Lakin bazarın böyüməsi üçün külçələrin rəqəmsallaşdırılması zəruridir.

Teytin fikrincə, əgər qızıl rəqəmsallaşdırılsaydı, o, məsələn, marja tələblərinin ödənilməsi və təminat vasitəsi kimi istifadə oluna bilərdi. Bu isə banklara ondan gəlir əldə etməyə imkan verərdi.

WGC yeni rəqəmsal vahid — “pooled gold interests” və ya PGI buraxacaq. Bunun sayəsində banklar və investorlar ayrıca hesablarında saxlanılan fiziki qızıla birgə sahiblik paylarını alıb-sata biləcəklər. Pilot layihənin 2026-cı ilin I rübündə Londonda işə salınması nəzərdə tutulur.

Bu həftə qızılın qiyməti rekord qırıb. Belə ki, Çikaqoda dekabr fyuçersləri artıq $3600-dən baha satılır.

Son xəbərlər
Digər xəbərlər