Azərbaycan Respublikasının Mərkəzi Bankı fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərar verib.
Banker.az xəbər verir ki, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlu tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 500 manat məbləğində cərimə edilmişdir.
Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.