İsrailin Baş naziri Benyamin Netanyahu 9 sentyabr hücumundan sonra ilk dəfə 7 oktyabr hücumuna görə məsuliyyət daşıyan insanların məhkəmə qarşısına çıxarılmasını tələb edib.
“Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə deyirəm: ya onları ölkədən qov, ya da məsuliyyətə cəlb et. Çünki etməsən, biz edəcəyik”, – mesajda deyilir.
İsraillinin çıxışı sentyabrın 11-nə təsadüf edib. Netanyahunun sözlərinə görə, İsrailin terrorçulara qarşı hücumları ABŞ-nin Əfqanıstan və Pakistanda Əl-Qaidə üzvlərini təqib etməsini xatırladır.
Sentyabrın 9-da İsrail Qətərdə yerləşən HƏMAS rəhbərliyinə dəqiq zərbələr endirib. Zərbələr Qəzza zolağında atəşkəslə bağlı İsraillə dolayı danışıqlarda iştirak edən Fələstin hərəkatının nümayəndələrinə də endirilib.