9 C
Baku
Thursday, December 12, 2024

Baş Mühasib axtarır – BOKT

CARİ VƏZİFƏLƏR:

  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
  •  Əmək və nizam-intizam qaydalarına riayət etməlidir
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
  •  İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
  • Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
  • Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
  • Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət etmələrini təmin etməlidir.
  • Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin etməlidir.
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
  • Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.

HESABAT VERMƏ 
∙ Qanunvericiliyə uyğun dövlət orqanlarının və İİS-in tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanması və təqdim edilməsi;

Tələblər:
∙ İqtisadi təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultə);
∙ MS Office-yüksək səviyyədə (xususilə Excell)
∙ 1 C proqramını bilməli;
∙ Mühasibat və maliyyə sahəsində ən az 3 il təcrübə; (Bank və yaxud BOKT-larda çalışması arzu olunandı)
∙ Yuxarı maliyyə və nəzarət-təftiş orqanlarının mühasibat uçotunun təşkil edilməsi, hesabatların tərtibatı, sualları haqqında sərəncam, əmr, qərar, digər idarəedici, metodik və normativ materiallarını, həmçinin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini bilməli;
∙ Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
∙ Müəssisənin strukturunu, strategiyasını və inkişaf etmə perspektivlərini bilməli ;
∙ Mühasibat uçotunun müəssisədə təşkili haqqında əsasnaməni, təlimatları və onun aparılma qaydalarını bilməli;
∙ Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
∙ Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli;
∙ Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını;
∙ Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını;
∙ Kreditor və debitorlarla hesablaşma qaydalarını;
∙ Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını ;
∙ Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını;
∙ Mühasibat balansı və hesabatlarının tərtib olunma qayda və müddətlərini bilməli;
∙ Müasir hesablama texnikaların və onları mühasibatl uçotu işində istifadə etmə mümkünlüyünü;
∙ MS Office proqramından yüksək səviyyədə istifadə edəbilmə ;
∙ Xarici dilləri bilməli;  (rus dili mütləq)
∙ Peşəkar bilik və bacarıq;
∙ Analitik düşünmə qabiliyyəti;
∙ Səmərəlilik və təşəbbüskarlık qabiliyyəti;
∙ İşə yüklənmə qabiliyyəti;
∙ Dəqiqlik və səliqəlik qabiliyyəti;
∙ İşin yüksək tempi və həcminə tab gətirmək qabiliyyəti;
∙ Birgə iş/ komandada işləmə qabiliyyəti;
∙ Öz məqsədinə nail olma qabiliyyəti;
∙ Planlaşdırma, koordinasiya qabiliyyəti;
∙ Qətiyyətlilik qabiliyyəti;
∙ Yeni ideyaları qəbul etmə qabiliyyəti;
∙ Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu;
∙ Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
∙ Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
∙ Yuxarı maliyyə və nəzarət təftiş orqanlarının mühasibat uçotunun təşkili və hesabatların tərtibatı haqqında sərəncam, əmr, qərar, metodik və normativ materiallarını bilməli;
∙ AR Prezidentinin müvafiq Fərmanları və Nazirlər Kabinetinin qərarlarını bilməli;
Maraqlananlar cvlərini [email protected] ünvanına göndərər bilərlər.

Son xəbərlər
Digər xəbərlər