26 C
Baku
Thursday, September 11, 2025

S&P 500 və Nasdaq tarixi rekordu yeniləyib

Dünənki nəticələrə əsasən, ABŞ fond indeksi S&P 500 0.3% artaraq sessiyanın sonunda 6532.04 bənd səviyyəsinə çatıb ki, bu da yeni rekorddur. Nasdaq da yeni maksimuma yüksəlib – indeks 0.1%-dən az artaraq 21 886.06 bənd olub. Dow Jones inteksi ticarət yekununda 0.48% azalaraq 45 490.92 bəndə enib.

AFP-nin verdiyi məlumata görə, indekslər Oracle şirkətinin səhmlərinin artımı fonunda yeni rekord qırıb. ABŞ-də bazar iştirakçıları istehlak qiymətlərinə dair yeni məlumatların açıqlanmasını gözləyirlər, bu məlumatların ABŞ-də faiz dərəcələri ilə bağlı qərarlara təsir edəcəyi ehtimal olunur. Analitiklər oktyabr və dekabr aylarında FED-in dərəcələri daha da endirəcəyini proqnozlaşdırırlar. FED son vaxtlar inflyasiyadan çox əmək bazarındakı vəziyyətdən narahat olduğunu bildirir. FHN Financial hesab edir ki, hələlik gömrük rüsumlarının inflyasiyaya təsirini “məhdud” adlandırmaq olar, çünki “şirkətlər xərclərin azı bir hissəsini rüsumlar hesabına qarşılayırlar

Son xəbərlər
Digər xəbərlər