19 C
Baku
Wednesday, October 15, 2025

BMT konfransında 10 ölkə Fələstin dövlətini tanıyacaq

On ölkənin nümayəndələri sentyabrın 22-də BMT konfransı zamanı Fələstin dövlətini tanıdıqlarını elan etmək niyyətindədirlər.

Bu barədə Yelisey sarayında dövlət başçılarının Nyu-Yorka BMT Baş Assambleyasına səfəri ərəfəsində keçirilən brifinqdə bildirilib.

“On ölkə Fələstin dövlətini tanımağa başlamaq niyyətindədir”, – AFP Fransa Prezidenti Emmanuel Makronun müşavirindən sitat gətirib.

O qeyd edib ki, bu ölkələrə Fransadan əlavə Andorra, Avstraliya, Belçika, Böyük Britaniya, Kanada, Lüksemburq, Malta, Portuqaliya və San-Marino daxildir. Fransa liderinin ofisi də İsrailin İordan çayının qərb sahilindəki Fələstin ərazilərini işğal etmək cəhdlərini pisləyib və bunun “aydın qırmızı xətt” təşkil etdiyini vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər